Uşaqlarda ürək xəstəliyinin 6 əlaməti

Anadangəlmə ürək xəstəliyi dünyaya gələn hər min uşaqdan 5-8-ində rast gəlinir. Xəstəlik bəzən valideynlərin fərqinə vara biləcəyi əlamət göstərmir. Pediatr müayinə etdiyi zaman ürək xəstəliyinin olduğundan şübhələnərsə uşaq kardioloquna yönləndirir. Mütəxəssislər uşaqlarda rast gəlinən ürək xəstəliklərinin əlamətlərini sadalayır:

— Göyərmə — Böyümə və inkişaf geriliyi
— Döş qəfəsində ağrılar
— Özündəngetmə
— Gərginlik zamanı və ya sakit vəziyyətdə təngnəfəslik
— Çox tərləmə, tez yorulma.
Davamı →

Uşaqlarda kriptorxizm

Kriptorxizm — uşaqlarda xayaların xayalığa enməməsi ilə bağlı olan patologiyadır.

Bu patologiya yenidoğulmuş uşaqlarda doğulduqdan sonra aşkar edilir. Müayinə zamanı məlum olur ki, xayalıqda bir və ya hər iki xaya yoxdur («boş xayalıq»).

Oğlanlarda bətndaxili inkişafı zamanı xayalar xayalıqda deyil, qarın boşluğunda böyrəklərin yanında yerləşir. Uşaq inkişaf etdikcə xayalar tədricən aşağı düşür və hamiləliyin təxminən 37-ci-40-cı həftələrində xayalığa enir. Kriptorxizm zamanı xayalar xayalığa düşmür, qarın boşluğunda və ya qasıq nahiyəsində qalır.

Kriptorxizmin dəqiq səbəbləri məlum deyil. Lakin bəzi risk faktorları müəyyən edilir:

— doğulan uşağın çəkisinin az olması. Belə hesab olunur ki, 2500 qr və daha az çəkisi ilə doğulan uşaqlarda kriptorxizm riski daha çoxdur;


Ardı →

Məktəbdən gələn infeksiyalar

Yeni tədris ili başlandı. Uşaqlar yeni bilikləri əldə edir və yeni… infeksiyalarla qarşılaşır.

Sirr deyil ki, məktəbə getməyə başlayan uşaq daha tez-tez xəstələnməyə başlayır, məktəbdən evə müxtəlif infeksiyalar «gətirir». Bu təbii bir prosesdir. Kiçik yaşlı uşaqların immun sistemi hələ ki tam formalaşmayıb və bu səbəbdən uşağın orqanizminə düşən istənilən infeksiya xəstəliyin inkişafına gətirib çıxarır.

Məktəbdə uşaq tam fərqli mühitə düşür, onun orqanizmi yeni mikrob və infeksiyalara rast gəlir. Uşaq baxçasına getməyən uşaqlar xüsusilə tez-tez xəstələnir. Buna səbəb onların müxtəlif infeksiyalarla kontaktların az olmasıdır.

Stress də xəstəliklərin artmasına səbəb olur. İlk dəfə məktəbə gedən uşaqların əksəriyyəti müəyyən stress keçirdir. Bu isə onların immun sisteminin zəiflənməsinə səbəb olur.


Ardı →

Yeni doğulmuş uşaqlarda Fleqmona

Bu xəstəlik ən çox 5-20 günlük uşaqlarda təsadüf edilir. Çox zərif dəriyə, dərialtı qata malik olan yeni dogulmuş uşaqlar cüzi travmaya məruz qaldıqda infeksiya qapısı açılır, qızılı stafilokokklar və başqa mikroblar infeksiya qapısından daxil olaraq dəri və dərialtı toxumaların yayılmış iltihabını-fleqmonanı törədirlər. Yeni dogulmuş uşaqlarda baş verən fleqmonanın böyüklərdə olan fleqmonadan fərqi ondan ibarətdir ki, onlarda nekrozlaşma prosesi iltihab prosesinə nisbətən daha böyük üstünlük təşkil edir. Qısa bir müddət içərisində baş verən nekroz nəticəsində uşagın dəri və dərialtı toxumasında dəyişikliklər əmələ gəlir. Fleqmona ən cox döş qəfəsi, oma sarğı nahiyəsində və boyunda yerləşir.

Ardı →